Sosial şəbəkələrdə yayımla

Subaru-dan yaxşı ancaq …İKİ SUBARU ola bilər!

Əgər Siz ARTIQ Subaru sahibisinizsə və ya yanvarın 5-dək bu avtomobili əldə edəcəksinizsə, Sizin Subaru Azərbaycan MMC-nin yeni il uduş kampaniyasında daha bir avtomobil udmaq şansınız var! 15.11.07 – 05.01.08 müddətində “Subaru-dan yaxşı ancaq …İKİ SUBARU ola bilər!” adı altında yeni il aksiyası keçirlir.

Tirajlı lotereyada kimlər iştirak edir?

26.12.06 - 05.01.08 müddətində Subaru Azərbaycan MMC-dən avtomobil alanlar avtomatik olaraq aksiyanın iştirakçısına çevrilirlər!

Tirajlı lotereyada kimlər iştirak etmir?

·        Subaru Azərbaycan MMC-nin əməkdaşı olan Subaru sahibləri;
·        Subaru Azərbaycan MMC-nin partnyor şirkətlərində çalışan Subaru sahibləri;
·        Öz Subaru avtomobilini Subaru Azərbaycan MMC-dən almayan şəxslər;
·        26.12.06 – 05.01.08 müddətində Subaru Azərbaycan MMC-dən aldığı avtomobilini satmış şəxslər və həmin şəxsdən avtomobil əldə etmiş tərəf.

Əgər Siz Subaru sahibisinizsə,

mobil telefonunuza sms-lə və ya Subaru Azərbaycan MMC-nin əməkdaşının zəngi ilə aksiya iştirakçısı olduğunuzu təsdiqləyən məlumat alacaqsınız. Bundan sonra Sizə yalnız avtomobilinizin alqı-satqı müqaviləsini və texniki pasportunu götürüb, Subaru Avtomobil Mərkəzinə gəlmək, adınızı tirajlı lotereyanın iştirakçıları sırasından tapmaq qalacaq.

Əgər adınızı iştirakçılar siyahısında tapmasanız, şirkət nümayəndələrinə müraciət edərək aydınlıq gətirə bilərsiniz.

İştirakçıların siyahısı iki iş günündən bir yenilənəcək.

Tirajlı lotereyanın oynanılması Bakı şəhəri, Salamzadə küçəsi, 26 ünvanında yerləşən Subaru Avtomobil Mərkəzində 2008-ci il yanvarın 6-da saat 15:00-da bütün iştirakçılar və tiraj komissiyasının qatılması ilə keçiriləcək. Aksiyanın nəticələri “525-ci qəzet”; “Зеркало”; “Эxo” qəzetlərində dərc olunacaq. Bu məlumatlarla bizim saytda və Subaru Avtomobil Mərkəzində də tanış olmaq mümkündür.

Hədiyyə fonduna daxildir:

- 1 ədəd Subaru Impreza avtomobili
- 1 ədəd Apple MacBook noutbuku
- 1 ədəd iPod classic 160GB black


Baxılıb: 4561

Şərhlər