Sosial şəbəkələrdə yayımla

Super tyuninq-li BMW avtomobili sahibini gözləyir!

İsti yay günlərində “Azercell Telekom” BM minlərlə ailəyə sevinc bəxş edir. Çünki “1001 Hədiyyə” kampaniyası çərçivəsində yüzlərlə “Azercell” abonenti qiymətli hədiyyələr qazanmaq imkanı əldə edib. Yayın başlanması ilə bərabər start götürən bu misilsiz kampaniyanın iki ayı başa çatıb. Bu müddət ərzində uduşa çıxarılan hədiyyələrin bir qismi udulub, minlərlə insan pulsuz danışıq vaxtı və əlavə konturlar əldə edib.

Bu yay “Azercell”in sayəsində 80 ailə yeni JVC markalı videokameranın sahibi olub. 29 bəxtəvər uduş kampaniyası çərçivəsində müasir texnologiyanın bütün tələblərinə cavab verən “Acer Ferrari” 5002 WLMI noutbukunu qazanıb. Bundan əlavə, 177 nəfər “Apple” markalı iPod Nano, 157 şəxs isə SonyEricsson W880 i mobil telefonunun sahibi olub.

Hədiyyələrlə yanaşı, minlərlə abonent müxtəlif ölçüdə əlavə danışıq vaxtı və konturlar qazanıb. Fakturalı xətt abonentləri 2459 ədəd 20 manatlıq, 1895 ədəd 40, 355 ədəd 100 manatlıq, 127 ədəd 200 manatlıq ödəmə kartlarını balansa hədiyyə yükləməklə həmin məbləğlər çərçivəsində müvafiq Azercell xidmətlərindən istifadə etmək hüququ qazanıblar. Konturlara gəlincə, SimSim, GəncSim və BizdənBizə abonentləri 280.911 ədəd 360 konturluq, 50.230 ədəd 1000 konturluq, 48.851 ədəd 2.500 konturluq, 5.261 ədəd 5.500 konturluq və 2,858 ədəd 11.500 konturluq danışıq kartı udublar. Hələlik kampaniyanın ən qiymətli hədiyyəsi – 1 ədəd super tyuninq-li BMW avtomobili yeni sahibini gözləyir. Ona görə də tələsməyə dəyər. Kampaniyanın başa çatmasına qalan müddətdə “Azercell” abonentlərinin 21 noutbuk, 70 videokamera, 323 iPod Nano, 143 SonyEricsson telefonu qazanmaq şansı var.

Qeyd edək ki, kampaniyada 20, 40, 100 və 200 manat qiymətində olan xüsusi ÖdəməCELL kartları və 2, 5, 10, 20 və 40 manat qiymətində olan xüsusi SimSim danışıq kartları iştirak edir. Kampaniyada iştirak etmək üçün yalnız üzərində “1001 hədiyyə” loqosu olan xüsusi SimSim danışıq və ÖdəməCELL kartları almaq lazımdır.

Avtomobil, kompyuter və videokamera hədiyyələri qazanan şəxslər uduşlu kartları Azercell Baş ofisinə, bölgələrdə isə Azercell Müştəri Xidmətləri və ya Azercell Ekspress ofislərinin birinə 31 yanvar 2008-ci il tarixindən gec olmamaq şərti ilə təqdim etməlidir. Mobil telefon və musiqi pleyeri hədiyyələri uduşlu kart alınan ofisdə təqdim olunur. Balansa hədiyyələrin 13-rəqəmli şifrəsi uduşlu kartların hədiyyə pəncərəsində yerləşdirilir. Hədiyyə Azercell Fakturalı Xətt abonentləri tərəfindən 650CELL və ya YükləCELL, SimSim abonentləri tərəfindən isə 101CELL, 1001CELL və ya YükləCELL xidmətləri vasitəsilə balansa yüklənilə bilər. Kampaniya 2007-ci il avqustun 31-dək davam edəcək.

Baxılıb: 4840




Fayllar:

1001 hediyye reklam charxi

Şərhlər