Sosial şəbəkələrdə yayımla

Təhsil (Tədris) biznesi

Kursdan, diplomdan, sertifikatdan qalmadı!!!

Hər gün hansısa məlumat vəya bacarığa sahib olmağın verdiyi üstünlük, vəya məhrum olmağın bizi geriyə salması ilə qarşılaşırıq. Bu məlumat vəya bacarığı əldə etməyin isə 2 yolu var – tədris, təhsil. Əslində ərəb dilindən aldığımız bu iki sözün mənası hazırda qarışdırılıb. Tədrisdə informasiyanı qəbul etməyin yolu dərs prosesindən keçirsə, təhsildə fərd öz iradəsi və istəyi ilə məlumatı mənbələrdən şəxsən əldə edə bilər. Sadəcə tədris qlobal perpektivdir, təhsil isə məlumatı alanın perspektividir. İstənilən halda məlumat və bacarığa yiyələnmək üçün hər kəs özü hazırlığını görə bildiyi kimi, bunu müxtəlif müəllim vəya təhsil müəssisəsinə müraciətlə də həll etmək olar.

Qədim dövrlərdə tədris müəssisəsi deyə biləcəyimiz yer çeşidi çox məhdud olub. Əsasən mədrəsələrdə ilahi və təbii elmlər tədris olunub, müəyyən çevrələrdə də fəlsəfi və ictimai mövzular müzakirə olunub. 15-ci əsrdən sonra isə universitet və məktəb tipli qurumlar fəaliyyətə başlayıb. Xüsusən qərbin elmi metodu kəşf etməsi və onun üstünlüyünü qavramasından sonra 20-ci əsrin elə ilk günlərindən universitetlər və çeşidli təlim verən qurumlar aktivləşib. Hazırda dünyada aparıcı mövqedə duran “tədrisçilər”in əksəriyyəti qədim ənənəyə sahibdir.

Amma beşikdən məzara elmlənmək tövsiyyə olunduğu kimi, təhsil işi sadəcə bağça-məktəb-universitet prosesindən ibarət deyil. Rəqabət dünyasında insanların həm rutin təhsildə dəstək investisiyasına (abituriyentlərin xüsusi hazırlaşması, özəl məktəblər, repetitorla xüsusi hazırlıq vs.), həm də əlavə bacarıqların yiyələnməsinə (musiqi, idman, sənət vərdişləri, dil hazırlıqları, biznes bacarıqları, kompyuter vərdişləri vs.) ehtiyacı olur.

Təhsil-məhsul

Təhsili bir məhsul kimi götürsək gündəlikdə qarşılaşdığımız problemlərin öhdəsindən necə gəlcəyimizi bir paket şəklində qəbul etmək kimi demək olar. Sanki önümüzdə bir baryer var və onu ötməyin mərhələləri, üsulları, qarşılaşa biləcəyimiz maneələr haqda məlumatlar bir kapsula yüklənir və biz onu uduruq. Bu dəfə kapsul mədəyə yox, birbaşa beyinə gedir və orada hifz olunur. Bu misal daha effektiv təhsil prosesisinin meyarlarını da üzə çıxarır
-    Müəllimin tələbəni tanımaq bacarığı
-    Müəllimin həmin təlim paketini tələbəyə yeritmək bacarığı
-    Paketin sistemliliyi və effektivliyi
-    Tələbənin məlumatları alıb süzmək və sistemləşdirmək bacarığı
-    Tələbənin beynindəki həcm və qaydalılıq

Təhsilin 7P-si

4P – marketinqin məlum dirəyinin xidmət şirkətləri üçün biraz dar qaldığı artıq 30 ilə yaxındır təsdiqini tapıb və sırf xidmətin məhsuldan fərqli cəhətləri ucbatından bu P-lərə proses, insanlar (people) və fiziki göstəricilər (physical evidence) əlavə edilib.
Təhsil biznesi ilə məşğul olan şirkətlər öz işlərini bu 3 və təməl 4 ünsürə söykəndirməsələr gördükləri iş alma satmaqdan fərqlənməz.

Təhsil biznesində məhsul satılan məlumatdır – yəni proqramlar. Məsələ də bu proqramların satışını və mövqeləndirməsini effektiv həyata keçirməkdir. Qalan bütün P-lər məhz bunun dəstəklənməsinə sərf olunur. İstənilən halda strategiya Seqmentasiya Hədəfləmə və Mövqeləndirməyə uyğun aparılmalıdır. Təhsil prosesində orta mövqedə MƏHSUL durur. Qalanlarını isə gəlin uyğunlaşdırmağa çalışaq.

Yer – Əslində “elmin vətəni olmaz imiş”, “elm üçün Çindən Maçinə qədər getmək olarmış”... Amma heyf ki hazırda insanlar qatılacağı MBA proqramını seçərkən belə evə yaxın olmasına diqqət edir... Azərbaycanda. Burada əsas məsələ 1 – şəhərin mərkəzindəyəm (Bahçeşehir Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti MBA proqramı), 2  - şəhərdən uzağam (Koç Universiteti, Sabancı Universiteti, Qafqaz Universiteti), 3 – həryerdəyəm-lərdən birini seçməkdir.

Qiymət – Təhsilin ucuz olmayanı yaxşıdır. Çünkü təhsildə “ölçək iqtisadiyyatı” (economy of scale) yaratmaq mümkün olmadığı üçün keyfiyyətli təhsili daha ucuz qiymətə vermək mümkün deyil.

Proses – Təhsil bir prosesdir. Proqram kağız üzərində olsa da, prosesdə yerinə yetirilmədiyində elə prosesdə də qalır. Ona görə təhsil xidməti məhz o sinif daxilindəki prosesdən ibarətdir. Elə məhz bu təhsil xidmətini çətin edən tərəfdir.

İnsanlar – Təhsil prosesinin vizuallaşdıran iki insan ünsürü – müəllim və tələbə. Müəllimin keyfiyyəti qədər tələbənin də keyfiyyəti müəyyənedicidir. Türk litseylərində və Çağın qurumlarında bu məqam həmişə önə çıxır. Amma keyfiyyətli tələbəni cəlb etmək əsas sual mövzusudur. Müasir təhsil biznesində bu iki insan profilinə bir də işçi heyət əlavə olunub. O insanların 1 – nə iş gördüklərini, 2 – hansı müəssisəni təmsil etdiklərini yaxşı qavramaları işin səhhəti baxımında çox vacibdir.

Fiziki göstəricilər – Təhsil prosesdir, insanlar onun vizuallaşmasının əsas ünsürləri və daşıyıcılarıdırlar, fiziki göstəricilər isə konkret qurum haqda beyinlərdəki rəsmi formalaşdıran əsas vasitələrdir – sertifikatlar, məlumatlandırıcı lövhələr vs., dizayn, texniki vasitələr vs. Real olaraq baxdıqda istənilən təhsil biznesinin mövqeləndirməsini 3 şey müəyyən edir: prosesin nəticəsində müştəridə formalaşan rəy və onu ətrafındakılar ilə bölüşməsi, fiziki göstəricilər və marketinq kommunikasiyası.

Marketinq kommunikasiyası – Bu təhsil biznesinin ağrılı yeridir. Əvvəla Azərbaycanda təhsil müəssisələri sadəcə satışa hədəflənmiş kommunikasiya edirlər. Bu isə ancaq 3 aylıq effektlərlə qabağa getmək cəhdi deməkdir. Digər tərəfdən təhsilin kommunikasiyası KİV-in istifadəsindən çox 1 – tövsiyyə, 2 – daxil olmaq (involvement) faktorlarından asılıdır. Ya yolu düşən kimsə ətrafına bəhs edir, ya da müxtəlif tədbirlərlə insanlar markanın olduğu yerlərdən keçirilir. Yəni reklam “yad” təhsil şirkətinə marağı cəlb etmək üçün zəif bir vasitədir.

Qlobal aləmdə təhsil biznesi
Artıq Havardlar, Stanfordlar universitetlə yanaşı böyük biznes qurumlarıdır. Harvard Universitetinin Azərbaycan kimi ölkələrlə müqayisə ediləcək büdcəsi var. Kaplanın son illərdəki yüksəlişi, British Council-in məşhurluğu, TOEFL imtahanın tanınmasındakı sıçrayış, topMBA dedikdə “axan çayların dayanması”... Bunlar hamısı təhsil sferasına olan marağın və bu trendin məharətlə ticariləşdirildiyinin sübutudur.

Hətta təhsil sferası “biznesləşmək”dən “marketinqləşməy”ə keçib: sahələr üzrə ixtisaslaşmış və buna söykənən marketinq edən qurumlar (Hospitality management-də Glion, IT-də MIT, Distant leraning-də University of Liverpool vs.), Education management ixtisasına marağın artması, alyanslaşma, qloballaşma cəhdləri (Kaplanın hazırda bütün qitələrdə əməliyyatları var) vs.

Azərbaycanda təhsil biznesi
Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil biznesində də sovetin qalıqları özünü göstərir – proqramlarda, təhsil müəssisələrinə yanaşmada, müəllim heyətlərində. Amma bütün sahələrdə olduğu kimi burada da meyl dəyişikliyə doğrudur. Xüsusən hədəfləri olan özəl təhsil şirkətləri artıq gənclərlə işləyir – dünya təcrübəsindən xəbərdar, öz üzərində işləyən və öyrətməyə həvəsli gənclər. Heyf ki, hədəfləri olan təhsil müəssisələrini saymağa çalışsaq Çağ Öyrətim İşlətmələrindən geriyə çox az qurum qalacaq. Onlar arasında da, bir neçə universitet, təhsil mərkəzi, hazırlıq kursu və məktəbəqədər hazırlıq müəssisəsi olacaq.

Proqramlarla bağlı dəyişiklik biraz alaçiy davam edir. Xüsusən Təhsil Nazirliyinin Boloniya sisteminə keçid tələbləri, amma qurumda bu işlərlə bağlı kompitent şəxslərin əksikliyindən dolayı meyarların düzgün müəyyən edilməməsi universitetlərin də işinə təsir göstərir. Amma tələbələrdə məsuliyyət və çalışma hissi oyatdığı dəqiqdir. Bu is artıq hamının “rüşvətlə diplom” ideyasından yayınmasına kömək edir.

TQDK Azərbaycanda ən effektiv fəaliyyət göstərən qurumlardan biri olsa da, Təhsil Nazirliyinin abituriyent hazırlığı prosesinə nəzarətdə geri qalması bu böyük sektorun pərakəndə şəkildə yürüməsinə səbəb olur. Bir digər xidmət olan dil hazırlığında isə ölkəmizdə böyük rəqabət var.

Ümumi olaraq Azərbaycanda savadsızlığın vüsət alması təhsil biznesini kiçiltməsə də, məhsuldarlıq və keyfiyyətə təsir edir. Əksinə bu sektorun hər il böyüdüyünü demək olar. Bunda da əsasən karyeraya yönəlmələrin böyük payı var. Artıq hamı CV-sini düşünür. İntaası cəmiyyətin dəyərləndirmə meyarlarının zədələnməsi təhsil şirkətlərinin mükəmmələ yönəlməsinə əngəl olur. Belə ki, təhsil təmbəlliklə ziddiyət təşkil edir və insanlar güclü təhsil müəssisəsinin şərtləri ilə ayaqlaşmağa çətinlik çəkirlər. Bu isə onları “baş aldatma” şirkətlərinə yönəldir. Amma istənilən halda təhsil biznesi keyfiyyətli proqram və savadlı müəllim üzərində qurulur. Bu ikisinə nail olan təhsil şirkətinin inkişafı labüddür. Qalır məsələyə STP və 7P nöqteyi nəzərdən doğru yanaşma. Çünkü təhsilin xidmətinin kommunikasiyası alma satmağa bənzəmir.

Gəl, gəl ay müştəri! Qızıldandı dişləri!
 

Baxılıb: 4990

Şərhlər(1)

Şərhlər (1)

mak mak
Təhsil biznesi barədə yazını oxuduqdan sonra ani olaraq futbol biznesi keçdi ağlımdan,səbəbini araşdıra bilmədim açığı. ola bilsin ora cəlb olunan vəsait tədrisə ayrılsa geri dönüş daha böyük olardı, bəlkəm də biz onun faydasını canlı görərdik. məqalənin adresini unutmuşam, amma belə bir hesablama aparılıb: sən demə ön rentabelli investisiya uşaq təhsilinə qoyulan investisiya imiş, yanılmıramsa yaponlar bunu hesablamışdı