Sosial şəbəkələrdə yayımla

Türkiyənin Zafer avtomobili Ferrari və Lamborghini ilə rəqabət apara bilər

Türkiyənin Etox şirkəti avqustun sonunda Zafer adlı ilk superkarının satışlarına başlayıb. Yeni superkarın konstruktorlarının fikrincə, o, Ferrari və Lamborghini kimi məşhur brendlərlə rəqabət apara bilər. Etox şirkətinin istehsal etdiyi Zafer superkarının dizaynı Ertex firmasının mütəxəssisləri tərəfindən tərtib edilib. Superkar üç komplektasiyada hazırlanıb: alıcılara 1,5 litr həcmli 125 at gücünə malik standart dizel mühərriki, 3 litr həcmli 220 at gücünə malik dizel mühərriki və 272 at gücünə malik dizel mühərriki quraşdırılmış modifikasiyalar təklif olunur.
Standart modifikasiyalı avtomobil 8 saniyəyə 100 km/saat sürət yığmağa qadirdir. Onun qiyməti alıcının seçəcəyi komplektasiyadan asılı olaraq 58.650 dollarla 66.450 dollar arasındadır. /avtomobil.az

Baxılıb: 4590

Şərhlər