Sosial şəbəkələrdə yayımla

Telefon sorğularına nə dərəcədə etibar edirsiniz?

Müştəri davranışlarını başa düşmək yaxşı marketinq strategiyasının özülüdür. Bu gün bazar araşdırması hər bir marketinq cəhdinin zəruri tərkib hissəsinə çevrilmişdir. Müştərilər tərəfindən qiymətləndirilən məhsul və xidmətləri təqdim etmək üçün idarə edənlərin, biznes sahiblərinin bəzi məlumatlara ehtiyacları var. Şirkətlər sorğular keçirərək cari və potensial müştərilərinin zövqləri, vərdişləri, ehtiyacları, istəkləri haqqında soruşmaqla bu məlumatları əldə etmək və əldə etdiyi məlumatlar əsasında bilikli (düzgün) marketinq qərarları almaq imkanlarına sahib olurlar. Müştərilər sorğuları xoşlayırlar. Çünki sorğular onların səslərinin eşidilməsi və markaya təsir göstərmələri üçün imkan yaradır.   

Sorğular poçt, üz-üzə, müşahidə, telefon, email (elektron poçtu), veb və başqa metodlarla keçirilə bilir. Ümumilikdə, telefon sorğuları daha aşağı qiymətə başa gələn metodlardan biridir, həm də onların yerinə yetirilib bitirilməsi daha tez olur və nəticələr həftələr içində deyil, günlər içində toplanıla bilir.

Məsələ burasındadır ki, görəsən, insanlar telefon sorğuları haqqında nə fikirləşirlər və telefon sorğularına nə dərəcədə etibar edirlər? Biz bunu araşdırmaq məqsədilə sorğu keçirdik və indi də nəticələri sizinlə bölüşəcəyik.

Keçən aylarda veb səhifəmizdə keçirilən sorğunun nəticələrinə əsasən məlum olmuşdur ki, sorğuda iştirak edənlərin 51,4%-i telefon sorğularına etibar etmir. İştirakçıların 18,9%-i telefon sorğularına qismən, 27%-i isə tam etibar etdiklərini bildirmişlər.

Yalnız bir nəfər iştirakçı qeyd etmişdir ki, onun telefon sorğuları barəsində məlumatı yoxdur.

Mənbə: ERA marketinq araşdırmaları şirkəti

Baxılıb: 3658

Şərhlər