Sosial şəbəkələrdə yayımla

Televiziya əhalinin əsas informasiya mənbəyidir

Əhalinin əsas informasiya mənbəyi televiziyadır. Bu nəticəyə «Harris İnteractive» şirkəti 7 ölkədə apardığı sorğudan sonra gəlib. Sorğu ABŞ, Astraliya və beş Avropa ölkəsində - Britaniya, Fransa, İtaliya, Almaniya və İspaniya əhalisi arasında keçirilib. Bütün bu ölkələrdə TV əhaliyə operativ xəbər çatdıran ilk vasitə olub. Məsələn, ABŞ-da əhalinin 25 faizi, Britaniyada 36, Avstraliyada 35, İtaliyada isə 30 faizi onu birinci hesab edir. Televiziyanı ən az İspaniyada dəyərləndirirlər, cəmi 22 faiz.

İkinci yerdə internet ( bu sahədə ispanlar öndədirlər), üçüncü pillədə isə radiodur (ən çox fransızlar qulaq asırlar).
Gündəlik mərkəzi qəzetlər isə dördüncü yeri tutublar. Qəzetləri əsas informasiya vericisi kimi 6-13 faiz əhali oxuyur. Qəzetlərin az oxunmasının səbəbi isə müxtəlifdir. ABŞ, Fransa, Almaniya və Avstraliya əhalisi buna səbəb kimi vaxt çatışmamazlığını göstərir. İspanlar və britaniyalılar isə qəzetləri obyektiv hesab etmirlər. İtalyanlara isə xəbərləri onlayn oxumaq daha rahatdır.
Bundan başqa, rəyi soruşulanlara qəzetləri qiymətləndirmək də tapşırılıb. Nəticədə Britaniya qəzetləri ən aşağı 50 bal alıblar. İtaliya - 52, Amerika -57, Fransa -58, İspaniya - 59, Avstraliya -60 , Almaniya qəzetləri isə 67 balla qiymətləndiriliblər.
Onların çoxu hesab edirlər ki, 5 ildən sonra televiziya yerini internetə verəcək.
/ANS PRESS/

Baxılıb: 5784

Şərhlər