Sosial şəbəkələrdə yayımla

The CUP 2012

Adfest, Golden Drums, FİAP, ADCE kimi nüfuzlu reklam festivallarının toplandığı yeganə ünvan olan The Cup 2012, 26-27 yanvar tarixlərində İstanbulda keçirildi və Mak.az olaraq iştirak etmək fürsətini əldən verə bilməzdik.


Marksist düşüncəli filosof Slavoj Zizek pozitiv düşünmək haqda və Edvard de Bono yaradıcı potensialın kəşf olunması yolları kimi maraqlı çıxışları dinləmək, kreativ reklam işləri görmək və dünyanın fərqli nöqtələrindən olan reklamçılarla biryerdə olmaq bir xeyli həyəcanverici idi. Ən maraqlısı isə bu tədbirin Türkiyə Respublikası Prezidenti himayəsində və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi dəstəyilə keçirilməsi tədbirin nə dərəcədə vacib olduğunu göstərir. Belə beynəlxalq tədbirlərin məhz İstanbulda keçirilməsi İstanbulun kreativ və ilham mənbəyi kimi mövqeləndirilməsini göstərir. İlk çıxışında "Marketing Türkiye"nın direktoru xanım Günseli Özün Ocakoğlu İstanbulu yaradıcı sahələrin cazibə mərkəzinə çevirməyi və böyük imkanları olan əlavə dəyərli işlərdən daha çox xeyir əldə etməyi arzuladığını bildirdi. Deməli belə bir reklam festivalı nəinki, marketinq sənayesinin inkişafına, həm də şəhərin yaradıcı kimi mövqelənməsinə xidmət göstərir. Nazirlikdən tutmuş şəhər bələdiyyəsinə kimi hər kəs İstanbulun mövqeləndirilməsinə uyğun hərəkət edir, sanki şəhər özü bir məhsuldur və bütün həyata keçirilənlər onun marka imicinə uyğunlaşdırılır. Xatırlayırsınızsa, 2010-cu ildə İstanbul Avropanın Mədəniyyət Mərkəzi elan olunmuşdu və onun davamı olaraq da şəhər həm də yaradıcı insanların məskəni kimi mövqeləndirilir. Reklam festivalı olsa da fürsətdən istifadə edib İstanbulun reklam olunması və bütün dünya reklamçılarının diqqətini İstanbula yönəldilməsi alqışa laiqdir. 
 
The Cup 2012 
 
Komunikasiya trendi interaktivliyə doğru gedir
 
Konfransın ilk günündə Qızıl Səhnədə yer alan 11 çıxışçının keyslərində ən azı bir sosial və ya mobil media vasitələrindən istifadə olunmuş komunikasiya nümunəsi var idi. Artıq komunikasiya zamanı “reklam -auditoriya” strukturu yox “reklam - auditoriya - reklam” istifadə olunur. İnsanları yalnız məlumatla yükləmək artıq keçmişdə qaldı və məlumatla yükləyərək insanları əyləndirib marka komunikasiyasının bir hissəsi olmasına dəvət edirlər. DDB Singapurun Kreativ Direktoru Xalid Osman dediyi kimi “İnsanları sizin hekayəni danışmağa dəvət edin”. Hətta pulsuz PR belə etmək mümkün olduğunu Rusiyanın Voskhod agentliyi pəncərə markası üçün keçirdiyi pulların çölə atılması flashmobu zamanı sübut etdi. Agentliyin araşdırmasına görə insanlar keyfiyyətsiz pəncərədən istifadə edərkən il ərzində istilik sistemlərinə daha çox pul xərcləyirlər. Bunu göstərmək üçün Yekaterinburq şəhərinin mərkəzi küçələrində binaların pəncərələrindən pulları havaya atdılar və göydə uçan pulları görən insanlar heyrət içində baxırdılar. Bu xəbəri təmənnasız bütün TV kanallar xəbərlərində yaydılar, bütün sosial şəbəkələr danışdı və insanlar bir-biriylə paylaşdı. Voskhod agentliyinin Kreativ Direktoru Andrey Gubaidullinin fikrinə görə yer, büdcənin fərqi yoxdur, inanırsınızsa bunu edə bilərsiniz! Hətta kiçik büdcə ilə kreativ işlər etmək mümkündür.
 
Daha çox marka haqda danışmağa vadar edən kommunikasiya yalnızca “əla! Kreativ reklam!” damğası vurulandan daha yaxşıdır. Azərbaycanda tez-tez eşitdiyimiz “Kreativ reklam yoxdur” ifadəsini artıq arxivə atmaq zamanıdır desəm yanılmaram. Çünki reklamın effektiv olması yalnız onun kreativ, super-buper olması ilə ölçülmür, onun hədəf kütləsinə nə verdiyi ilə ölçülür. Artıq dövr yaradıcı applicationlarındır! Bizim marketingçilərin lüğətinə kreativ application əlavə olunması zamanıdır. Lüğət demişkən, Marketing Türkiyə hazırladığı sosial mediya sözlərinin tərcüməsi üçün lüğəti konfrans iştirakçıları ilə paylaşması da sosial medyanın getdikcə artan əhəmiyyətinin göstəricisidir. 
 
BBDO Bankonqun kreativ direktor köməkçisi Jeyms Makanas isə komunikasiyalarında milli mədəniyyət və adətlərdən ilhamlandığını dedi. Misal üçün Tailandda bədənə tatu etmək ənənəvidir və tatudan çap reklamda istifadə etməklə həm insanlara emosional olaraq yaxın həm də yaradıcı yolla fikirləri çatdıra biliblər. 
 
Çıxışçıların səsləndiridiyi maraqlı fikirlərdən biri də “emotionful innovations (emosional kəşflər)”. Dentsu Tokyonun Kreativ Direktoru Yasuharu Sasaki təqdimatının sonunda “yalnız texnalogiya deyil, həm də emosiyalar vacibdir” dedi. Yaponiyada yeni açılan bir geyim mağazası üçün kiber-növbə təşkil edərək 3 mln insanı cəlb etməyi bacarmışdır. Sosial medialardan istifadə edib milyonlarla insanı internetlə cəlb etsək də emosialara toxunmağı unutmaq lazım deyil. Bu fikri öz çıxışında DDB Braziliyanın Kreativ Direktoru Moacyr Netto da dəstəklədi. DDB Braziliyanın hazırladığı Ferrorama markalı oyuncaq qatar markasının yeni nəsil üçün yenidən canlandırılmasına aid olan kampaniya marka fanatlarının cəlb olunması və sosial şəbəkədə milyonlarla insanın cəlb olunması ilə seçildi. Köhnə fanatların sevimli oyuncaq qatarlarını müqəddəs St.Jeyms kilsəsinə dayanmadan aparmaqla öz dini görüşlərilə markalarını yenidən canlandıracaqlarına inanırdılar (videonu izlə).
 
Y&R Argentinanın Kreativ Direktoru Martin Nino isə bir yaradıcı agentliyin sahib olmalı keyfiyyətləri aşağıdakı kimi sadaladı:
 
1. Briflə məhdudlaşmayın
2. Öz instinktinizə güvənin və cəsur olun. Misal üçün fokus qruplar zamanı insanlar reklamı xoşlamadıqlarını desə də həmin reklama inanırsınızsa onunla davam etmək cəsarət tələb edir.
3. Hədəf kütləsini düzgün tapın.
4. Yaxşı insayt tapın
 
Ötən ilin kreativ komunikasiya nümunələrinə baxarkən artıq trendin mobil media, sosial media, flashmoblar  kimi yaradıcı vasitələrdən istifadə olunmasına doğru getdiyi müşahidə etmək olar. Artıq sadəcə bir TV reklam hazırlayıb milyonlarla geridönüş almağı gözləmək zamanı deyil. İnsanları aldıqları məlumatla məşğul edərək şüuraltlarına təsir edib markanın beynin bir hissəsində yatmasını təşkil etmək zamanıdır. Leo Burnett MENA bölgə məsləhətçisi Farid Çehab insanları marka ilə əlaqə qurması üçün oyunlardan istifadə etməyin vacib olduğunu dedi. Nümunə Angry Birds; oyun mənasız olsa da dünyada milyonlarla insan bu oyuna bağlıdır və oynamaqda davam edir. Uzun sözün qısası, hədəf kütləsiniz mümkün qədər markanızla məşğul edin, yatanda, duranda, işdə, küçədə və hər yerdə markanızı görüb onu düşünməlidir. Sosial medianın gücü artır və bunu bizim marketing icmamızın da dəyərləndirməsi zamanıdır.
 
Və nəhayət Grand Cup...
 
Bu ilin Grand Cup-i İspaniyaya getdi. Germinal Comunicacion agentliyi tərəfindən hazırlanan “Başqalarının ağrılarına qarşı həblər” kampaniyası Grand Cup-a laiq görüldü.
Kreativ direktor Jorge Martinez olan kampaniyanın əsas məqsədi gün ərzində bir neçə həb içməyə məcbur olan insanları dəstəkləmək idi.

 

Baxılıb: 2599

Şərhlər