Sosial şəbəkələrdə yayımla

“THY”dən Super Bowl kampaniyası

“Batman v. Superman” filminə sponsorluğunu özəl bir tanıtım filmi və sosial şəbəkələrdə həyata keçirdiyi kampaniyalar ilə elan edən “Türk Hava Yolları”, “Super Bowl” finalında iki reklam çarxı ilə iştirak edəcək.
“Batman”i canlandıran Ben Affleck və Lex Luthor xarakterinə həyat verən Jesse Eisenberg-ün yer aldıqları reklam filmləri Carolina Panthers və Denver Broncos komandaları arasında keçiriləcək "Super Bowl" finalı zamanı nümayiş etdiriləcək. Reklam verənlərin “Super Bowl”da 30 saniyəlik bir spot üçün təxminən 5 milyon dollar xərcləməli olduqlarını nəzərə alsaq, “THY”nin bir dəqiqəlik iki videosu tək prodakşn maliyyəti ilə deyil, media büdcəsi ilə də haqqından çox bəhs etdirəcək. 
 

 

Baxılıb: 3820

Şərhlər