Sosial şəbəkələrdə yayımla

Ticari Marketinq

Ticari Marketinq-Müştəri (dükan) fəaliyyətini və strateji marketinq ehtiyaclarını inteqrasiya edərək istehlakçıların tələbini ödəməkdir.
Ticari Marketinq-Məhsul, logistika və marketinq siyasətini fərqli ticari kanallara və müştərilərə uyğunlaşdırmaqla öncədən təyin olunmuş paylama, davamlı mövcudluq, rəqabət üstünlüyü və gəlirliliyin təmin olunmasına nail olmaq. Və s.
Coxsaylı təriflərinin olmasına baxmayaraq Ticari Marketinqin əsas rolu dəyişən deyil - Marketinq strategiyasını satış kanalı və müştəri səviyyəsində alıcı təklifinə çevirməkdir. Ticari Marketinq departamentinin işi daha cox şirkətin BTL fəaliyyəti ilə bağlıdır və əsas hədəf kütləsi alıcılardır (shopper). Alıcı və istehlakçı davranışları arasındakı fərqləri isə izah etməyə ehtiyac duymuram. Müasir Ticari Marketinq alış-veriş nöqtələrinə yanaşmanı tamamən dəyişdirmişdir. Hal-hazırda Ticari Marketinq büdcələri İstehlakçı marketinqi üçün ayrılmış büdcələrinə çatmış olan bir çox qabaqcıl şirkətlər mövcuddur. Azərbaycanda isə, bir çox hallarda büdcənin xərclənməsi qərarı son anda Ticari Marketinqin leyhinə verilir. Bu funksiyanın əsas çətinliyi isə İstehsalçı, Pərakəndəçi və İsteklakçı üçbucağında hər bir tərəfin strateji maraqlarının uzlaşdırılmasıdır.

Ticari Marketinq strategiyasının korporativ strategiya ilə necə uzlaşdırılmalı olduğunu daha aydın görmək üçün aşağıdakı sxematik təsvirə diqqət yetirmək kifayət edər. Bu sxemdə SATIŞ KANALI və MÜŞTƏRİ planlamanın birbaşa olaraq Ticari Marketinqin cavabdehliyi altında aparılmalı olduğu aydın görünür. 

Son olaraq həm özünü marketinqin bu sahəsində sınamaq istəyən dostlarımız, həm də ki, öz Ticari Marketinq Menecerindən nə istənilməli olduğunu bilmək istəyən şirkət rəhbərlərimiz üçün Ticari Marketinq Menecerinin vəzifə təlimatlarını da paylaşmaq istəyirəm.

1. Promo materialların dizaynının hazırlanması və istehsalına nəzarət
2. Promo kampaniyaların icrasına nəzarət məqsədi ilə əsas müştərilərlə münasibətin yaradılması
3. Bütün məhsul kateqoriyaları üzrə biznes məqsədlərinə nail olunması üçün Ticari Marketinq strategiyasının hazırlanması.
4. Satış nöqtələrində mövcudluğu və satışı artırmaq üçün gərəkli proqramların hazırlanması, icrası və nəzarətinin həyata keçirilməsi.
5. Bazar payı, müştəri məmnuniyyəti və məhsuldarlığı artırmaq.
6. Satış kanalı strategiyasının hazırlanmas və icrası.
7. Müştərilər üzrə ticari promo kampaniyalarının hazırlanması, icrası və marka planlarının müştəri dilinə çevrilməsi.
8. Müştəri, marka, satış kanalı analizlərinin edilməsi
9. Şirkət və yaxud marka kommunikasiyası zamanı marketinq şöbəsi ilə məsləhətləşmə.
10. Satış və Marketinq şöbələri arasındakı məlumat axışını təmin edərək resursların istifadəsini optimallaşdırmaq.
11. Əsas müştərilərlə sıx işləyərək fəaliyyətin yaxşılaşdırılması üçün kateqoriya və alıcı bilgilərini əldə etmək.
12. Yeni məhsul inkişafı planlarının hazırlanması.
13. Qiymət və paket dəyişikliklərinin gərəkli tərəflər arasında kordinasiya və kommunikasiyası.
14. Satış komandasının həvəsləndirmə proqramlarının hazırlanması və icrası.
15. Satış komandası üçün xüsusi təlimlərin hazırlanması və icrası.
16. Ticari promo kampaniyalarının hazırlanması və icrası.
17. Müştəri münasibətləri sisteminin (CRM) yaradılması və s.

JHun@Mak.az

Baxılıb: 6221