Sosial şəbəkələrdə yayımla

“Toyota”, sürücünün telefonunu söndürür

Sürücülərin sükan arxasında mobil telefondan istifadə etməmələri üçün “Saatchi & Saatchi”  agentliyinin İsveç nümayəndəliyi "Toyota" brendi üçün maraqlı bir sistem fikirləşib. Onlar düşünüblər ki, əgər sürücülər bunu etmirsə, onlar özləri bunu sürücülərin əvəzinə edərlər. Bunun üçün onlar birbaşa olaraq "iPhone" mobil telefonunun köməkçisi “Siri”yə müraciət edən radio-reklama start veriblər. Radio-reklamda “Siri”dən mobil telefonu “uçuş" rejiminə alması tələb olunur. Ancaq çox təəssüf ki, bu kampaniyanın bir çox çatışmaz cəhətləri var: mobil telefon cibdə olarsa “Siri” heçnə eşitmir və ən əsas problemlərdən biri hər kəsin mobil telefonunun iPhone olmamasıdır. 
 

Baxılıb: 3699

Şərhlər