Sosial şəbəkələrdə yayımla

Toyota satışlar üzrə birinci yerə çıxdı

Yaponiyanın Toyota Motor avtomobilqayırma qrupu 2007-ci ilin birinci yarısının yekunlarına əsasən, avtomobillərin satış həcminə görə birinci yerə çıxdığını elan edib. O, yanvar ayından iyunun sonunadək təxminən 4.72 milyon avtomobil satıb. İkinci yeri onun əsas rəqibi və dünya üzrə keçmiş lider Amerikanın General Motors şirkəti tutur, o, eyni dövrdə 4.67 milyon avtomobil sata bilib.
Martın 31-də başa çatmış 2006-cı maliyyə ilində Toyota şirkəti artıq şəxsi rekordunu müəyyən edib. Belə ki, o, avtomobil satışlarından 23.95 trilyon iyen (200 milyard dollardan artıq) pul qazanıb. Bu məbləğ General Motors şirkətinin ötənilki göstəricisindən cəmi bir neçə milyard dollar azdır. Xatırladaq ki, General Motors ötən il öz məhsullarının satışından 207.4 milyard dollar əldə etmişdi.
Toyota-nın bu göstəricisi onun yubileyinə yaxşı hədiyyədir. Belə ki, bu ilin avqust ayında Toyota şirkəti yaranmasının 70 illiyini qeyd edəcək.

/Avtomobil.az

Baxılıb: 4754

Şərhlər