Sosial şəbəkələrdə yayımla

TOYOTA’NIN YENİ LAYİHƏSİ

Yapon mənşəli Toyota və Sony şirkətləri əməkdaşlıq edərək yeni şəhərdaxili avtomobil yaratmaq qərarına gəliblər. Yaradılacaq bu yeni avtomobilin digər nəqliyyat vasitələrindən fərqi onun bir yerlik olmasıdır.

Avtomobilin, ötən il Toyota tərəfindən təqdim edilən üç təkərli i-swing konseptinə bənzəyəcəyi ehtimal edilir. Bunu nəzərə alaraq mühərrikin və salonun dizaynı, texniki xüsusiyyərləri ilə Toyota şirkətinin, elektronika sahəsi ilə isə Sony şirkətinin məşqul olacağını təxmin etmək olar.

Yeni yaradılacaq bu avtomobil şəhər mərkəzinə qədər getməyə kifayət edəcək gücə malik elektrik mühərrikinə sahib olacaq. Avtomobil haqqında daha geniş informasiya isə bu ilin oktyabr ayında Tokioda keçiriləcək avtomobil sərgisində veriləcək.

Baxılıb: 5659

Şərhlər