Sosial şəbəkələrdə yayımla

TV reklamlarına Qlobal Baxış

Kanalların sayının çoxalması, internet TV, reklamın medianın digər növlərinə transfer edilməsi və alkoqol və hazır qidaların irəli sürülməsinə məhdudiyyətlərin qoyulması TV reklamlarının mövqeyini dəyişdirir. Dünya üzərində TGİ-ın axırıncı məlumatlarından istifadə edərək, biz sponsorluq və məhsul yerləşdirilməsi kimi milli reklama qarşı davranışlarını da araşdırdıq.  
Afrika və Latın Amerikasında reklamlara verilən yüksək qiymət
TV reklamları haqqında ən pozitiv qavrayışlar Afrikalılara məxsusdur; kenyalıların 60%-dən çoxu və Cənubi afrikalıların, demək olar ki, yarısı baxdıqları proqramlar kimi reklamlardan da zövq alırlar. Eyniylə, Latın Amerikasında, Braziliyada əhalinin təxminən 45%i və Peruda 68%-i TV reklamlarına maraq göstərirlər. Avropada, almanlar reklamlara qarşı nisbi şəkildə müsbətdirlər: Ümumiyyətlə yarıdan çoxu xoşlayır və üçdə biri bildirir ki, bu onların alış qərarlarını düzgün şəkildə vermələrinə kömək edir.

Avropalılar daha az təsirlənirlər
Avropanın çox hissəsində, halbuki, yerli reklamlardan yorğunluğa dair əlamətlər var. İspanların yarısı deyir ki, onlar TV reklamlardan təngə gəliblər və fransız xalqının 75%-i bildirir ki, reklamlarda qeyri-səmimilik var. Polşalıların 54%-i reklamların sadəcə vaxt itkisi olduğunu düşünür. İspanların 80%-i reklamlar tərəfindən atəşə tutulduqlarını hesab edirlər və Çexiyalıların 76%-i düşünür ki, TV-də həddindən çox reklamlar var. Amerikalılar eyniylə təsirlənmirlər- 44% deyir ki, onlar hər hansı bir reklama baxmaqdan boyun qaçırır.

Bəs Azərilər necə?
Sorğu keçirilən 3 böyük şəhərdə - əhalinin çox hissəsini təşkil edən Bakı. Sumqayıt, Gəncədə respondentlərin əksəriyyəti (35.5%) bildirdilər ki, onlar reklamlar zamanı kanalı dəyişirlər, 25.5% deyir ki, onlar kanalları dəyişmirlər ancaq başqa işlərlə məşğul olurlar. Respondentlərin 24.3%-i TV-yə baxa-baxa bəzən səsi aşağı salırlar, ya da səsini ümumiyyətlə kəsirlər. Fiqurlar göstərir ki, Azərbaycan xalqı TV reklamları ilə az maraqlanır.

Yeni texnologiyanın təsiri
Görünür, TV-də reklam edən/elan verənlərin üzləşdiyi çətinliklər video və DVD kimi yeni texnologiya sahiblərinin çoxalması ilə daha da çətinləşib. Britaniyada artıq əhalinin ¼-inin evində ən azından bunların biri var və 80%-ə yaxın yazılmış proqramlara baxanda reklamlar zamanı qabağa yığır. Asiyada əhalinin çoxu oxşar olaraq reklamlara baxmaqdan boyun qaçırır; Çindəki kimi hindlilərin də demək olar ki yarısı fasilə zamanı kanalı dəyişdirirlər (çox vaxt ona görə ki eyni reklamlar tez-tez təkrarlanır, yaxud süjetləri yeni olmur).

MƏNBƏ: Qlobal TGI Barometer
ERA ARAŞDIRMALAR MƏRKƏZİ

Baxılıb: 4422

Şərhlər