Sosial şəbəkələrdə yayımla

ULTRA şirkəti “İntellekt 2007” mükafatına layiq görüldü

Ölkəmizin işgüzar həyatında növbəti əlamətdar hadisə baş verdi. “İntellekt 2007” mükafatının təntənəli təqdimolunma mərasimi keçirildi. 
Bildiyiniz kimi, “İntellekt” mükafatı 2004-cü ildə “İTMagazine” jurnalı redaksiyası və Layihənin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) tərəfindən təsis edilmişdir. Bu mükafat Azərbaycanın milli iqtisadiyyatının müxtəlif sahələrində müvəffəqiyyətlə həyata keçirilmiş layihələr görə verilir. 
Artıq dördüncü dəfə keçirilən bu müsabiqədə mükafatlar bütün nominasiyalar üzrə təqdim edildi.
ULTRA şirkəti “Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi” nominasiyası üzrə mükafatlandırıldı. Bu nominasiya Ultra şirkətinin ən böyük layihələrindən biri olan “Elektron məktəb layihəsi”-nin uğurlu həyata keçirilməsi idi. 

Baxılıb: 5354

Şərhlər