Sosial şəbəkələrdə yayımla

Unibankın yeni sloqanı

Unibank və Azər Asiya sığorta şirkəti ilə mübahisə obyektinə çevrilən sloqan məsələsi öz həllini tapdıqdan sonra Unibankın yeni sloqanının nə olacağı hamıda maraq oyadırdı.

Məlum olduğu kimi Unibank bir müddət Azər Asiyaya məxsus olan sloqanı "Sizin Dayaq Nöqtəniz" öz reklamlarında istifadə etdi və demək olar ki, bütün kommunikasiya kanallarında bu cür mövqeləndirmə baş verdi. Bankın radikal olaraq yeni sloqanla çıxış etməsi riskli olduğu üçün köhnə sloqanda müəyyən dəyişikliklərə etməyi qərar verdi. Hal-hazırda Unibank "Dayaq Nöqtəsi" sloqanə ilə reklamlarını davam etdirməyi qərar verib. Zənnimizcə gələcəkdə sloqanı tamamı ilə yeniləmək daha məqsədə uyğun olar.

Baxılıb: 5256

Şərhlər