Sosial şəbəkələrdə yayımla

Unibank Eurovision 2012 müsabiqəsinə 10 bilet hədiyyə edir

 

Bildiyiniz kimi, Unibank MediaFM 16 May- 28 May tarixləri arasında MediaFM-də yayımlanan "Pomidor Yumurta" verilişi çərçivəsində hər gün bir nəfərə Avroviziya 2012 yarışmasına bir bilet hədiyyə etməkdədir. Birinci həftənin qalibləri artıq məlumdur. Qaliblər Bakıda keçiriləcək yarışmanı DJ Fatehlə birlikdə izləyəcəklər.
 
“Əslində bizim üçün bu bir sürpriz oldu. 15 may axşam saat 18:00 radələrində Unibankın Marketinq Meneceri Ramin Vəliyev mənə zəng etdi və belə bir ideyasının olduğunu söylədi. Radiomuzun rəhbərliyi ilə müzakirə etdikdən sora müsbət cavab verdik və artıq 16 may efirində ilk sertifikatı təqdim etdik. Qaliblərə sertifikat təqdim olunur. 2012-ci ilin aprel ayında qaliblər Unibankın baş ofisinə yaxınlaşaraq, sertifikatlarını biletlərlə əvəz edə biləcəklər”- DJ Fateh bildirdi.
 
“Yəgin marketinq icmamız da müşahidə edib ki, bankımızın hazırki marketinq strategiyası çox proaktivdir. Bu səbəbdən də, ideya meydana gələn kimi, icra etməyə qərar verdik. Fikrimcə uğurlu alınıb. Onu söyləyə bilərəm ki, bu həftə ərzində, saytımızın trafiki 2 dəfə artıb. Bu isə, gündəmdə olan məsələdən düzgün bəhrələndiyimizin göstəricisidir”- Ramin Vəliyev.
 
Qeyd edək ki, Unibank bu ilin fevral ayından "Pomidor-Yumurta" verilişinin rəsmi sponsorudur.
 
Aşağıda reklam posteri, sertifikat  və ilk günün qalibinin seçildiyi verilişin audio yazısı ilə tanış ola bilərsiniz.
 
http://soundcloud.com/mamedali/unibanka-16-05-2011
 

Baxılıb: 2610

Şərhlər