Sosial şəbəkələrdə yayımla

US - sağlam həyat tərzini seçənlərin xidmətində

Bu gunlərdə paytaxtın Bül-bül küçəsi 16 ünvanında Azərbaycanın ən iri idman malları univermağı - United Sport fəaliyyətə başlayıb. Ümumi sahəsi 700 kv. metrdən çox olan univermaqda dunyanın 40-dan artıq məşhur idman brendlərinin kütləvi idman növlərinə aid malları təqdim olunur.
United Sport-un fəaliyyət xarakterini “birləşmiş idman malları” konsepsiyası müəyyən edir. Həmin konsepsiya istehlakçıların yaş dövrü, cinsi mənsubiyyəti, seçdiyi idman növü və ya idman tərzində geyim zövqündən asılı olaraq, müxtəlif mallara olan ehtiyaclarının kompleks ödənməsini nəzərdə tutur. Azərbaycanda idmana göstərilən dövlət qayğısı nəticəsində sağlam həyat tərzinə artan tələbatın hərtərəfli ödənməsini özü üçün hədəf seçən United Sport çox geniş mal çeşidi təklif edir: univermaqda ən populyar idman növləri ilə bağlı müxtəlif geyimlər, ayaqqabılar, aksessuarlar, hər növ ləvazimat və başqa məhsullar təklif edilir. İdmanla məşğul olan, fəal istirahəti sevən və ya sadəcə gündəlik idman üslubunda geyinməyi üstün tutanlara ünvanlanan mağazada istər qadın, istərsə də kişi idman
geyimlərinin ən son modelləri toplanıb. Bundan əlavə, United Sport-da müxtəlif yaş qruplarından olan alıcıların dəyişkən və fərqli zövqləri də tam nəzərə alınıb. Təqdim olunan kolleksiyalarda uşaqlar üçün də geyim dəstləri var. İdman geyimi sahəsində peşəkar fəaliyyətin yüksək nümunəsini gerçəkləşdirmək məqsədilə univermaqda təcrübəli idman məsləhətçilərinin xidməti yaradılıb və bu xidmət sayəsində hər bir alıcı öz seçimini məhz peşəkarlardan aldığı hərtərəfli məlumat əsasında reallaşdırmaq imkanı qazanacaq.
Bakı sakinləri üçün çox əlverişli ərazidə yerləşən United Sport idman malları univermağının layihəsi İtaliyanın tanınmış memarı Barbara Pikkiolo tərəfindən hazırlanıb. Bir il müddətində davam edən yenidənqurma və təmir-tikinti işlərində 10-a yaxın yerli və xarici podratçı şirkət iştirak edib.    

Baxılıb: 5426

Şərhlər