Sosial şəbəkələrdə yayımla

Vakko brendinin qurucusu vəfat etdi.

94 yaşında olan məhşur tekstil markası olan Vakkonun qurucusu Vitali Hakko dünyasını dəyişdi.1913-cü ildə İstanbulda anadan olan Vitali Hakko ilk biznesini papaq dükanı ilə başlayıb. Vitali Hakko, "Hayatım Vakko" adlı xatirə kitabında "Mənim dövrümdə işə başlayan iş adamları hamısı sıfırdan başlamışdılar, mən isə sıfırdan yox onun da altından işə başlamışdım" deyə qeyd edir. Bir çox türk siyasətçisini və məhşurlarını geyindirən Vitali Hakko Türkiyədə geyim mağazalarında mövcud olan rəsmi endirim və kampaniya anlayışlarının banisi hesab olunur. Luks geyim brendləri kateqoriyasına daxil olan "Vakko"nun ölkəmizdə də bu il satış nöqtəsi fəaliyyətə başlamışdır.
 

Baxılıb: 4476

Şərhlər