Sosial şəbəkələrdə yayımla

“Vertu” brendi artıq çinli investorlara məxsusdur

Çinli investorlar lüks smartfon istehsalçısı “Vertu” brendini İsveçin “EQT” investisiya şirkətindən satın alıb. Bu barədə “Financial Times” xəbər verir. Müqavilənin qiyməti hələ ki, açıqlanmır. 
“Vertu” şirkətini Honq Konqun “Godin Holdings” fondu satın alıb. Və bununla da şirkətin icraçı direktoru Massimiliano Poqliani vəzifəsini təhvil verib. 
“Vertu” öz fəaliyyətini İngiltərədə yerləşən baş qərargah binasından həyata keçirəcək. 
Qeyd edək ki,“EQT”, 2012-ci ildə “Vertu” brendini 200  mln. avro qiymətinə “Nokia”dan almışdı. 

Baxılıb: 3649

Şərhlər