Sosial şəbəkələrdə yayımla

“Volkswagen”, “Facebook”dan gələn şərhi ciddiyə alınca

“Volkswagen”in ötən aprel ayında yayımladığı reklam çarxı bir “VW” avtomobili sahibi olmanın müştərilərin sahib olmağı planlaşdırdıqları hər şeydən gözləntilərini yüksəltdiyi fikrinə diqqət yönəldir və bunu başa salarkən uşaq arabası seçən bir ananın bəyəndiyi modeldə avtomatik əyləc sisteminin olmadığını öyrənməsilə yaşadığı xəyal qırıqlığını nümayiş etdirirdi. 
 

Markanın rəsmi “Facebook” səhifəsində paylaşılan reklama çoxlu bəyəni və şərhlər yazıldı. Timo Ros adlı istifadəçinin “Ya mən dəliyəm, ya da öz-özünə tormoz edə bilən uşaq arabası doğrudan da yaxşı bir fikirdirmi?” şərhini nəzərə alan “VW”, bu fikri həyata keçirməyə qərar verdi. 
“Volkswagen Golf” avtomobilində istifadə edilən sensorlardan faydalanan mühəndislər, avtomatik əyləcdən əlavə avtomobilə məsafə nəzarəti sistemini də əlavə edincə videoda da izlədiyiniz kimi çox uğurlu bir layihə ortaya çıxdı.
 

Baxılıb: 4716

Şərhlər