Sosial şəbəkələrdə yayımla

Westgold-dan "Şəkərbura bayramı"nın davamı

"PeopleBrand" agentliyi "WPM" şirkətinin brendi olan "Westgold" kərə yağı üçün daha bir "Novruz təbriki" reklam kampaniyası hazırlayıb. Reklam çarxında məşhur opera müğənnisi xalq artisti Fidan Hacıyeva ailəsi ilə birlikdə yer alıb. 
 
 Marketinq strategiyası:
Təəssüf ki, son bir il ərzində baş verən iqtisadi çətinliklər Novruz şirniyyatlarının ucuz kərə yağı əvəzləyiciləri ilə hazırlanmasını yenidən aktuallaşdıra bilər. Bu səbəbdən biz Novruz şirniyyatlarının təbii ləzzətini saxlamaq üçün bişirmə zamanı əsl kərə yağıdan istifadə olunmasını təşviq etmək və bununla da "Westgold"u bayramın dadlı hissəsinə inteqrasiya etmək istədik. 
 
 Kommunikasiya strategiyası:
"Westgold" brendini Novruz Bayramının xalq arasında ən sevilən atributlarından olan şəkərbura vasitəsi ilə hədəf auditoriya ilə ünsiyyət qurmaq.
 

 
Müştəri: WPM
Agenlik: PeopleBrand
Çəkiliş: Cinealliance

Baxılıb: 3801

Şərhlər