Sosial şəbəkələrdə yayımla

Westgold ilə “1 qazanla 1 000 qazan”

PeopleBrand agentliyi "WPM" şirkətinin brendi olan "Westgold" kərə yağı üçün “1 qazanla 1 000 qazan” adlı video resept müsabiqəsi həyata keçirib. Müsabiqənin əsas şərtinə görə bütün yeməklər Westgold kərə yağı ilə hazırlanmalı idi.
Müsabiqənin əsas məqsədi yemək bişirməyi sevən xanımların öz bacarıqlarını nümayiş etdirməyi təşviq etmək idi. Xörək hazırlama elə bir sənətdir ki, hər bir yemək bişirən adiləşən yeməyə öz “duzunu” qatmaqla onu fərqləndirə, unikallaşdıra bilər. Bu biliklərin itməməsi, orijinal sirlərin yayılması üçün Mətbəx.TV video reseptlər saytı böyük imkanlar yaradır.
Müsabiqə 3 seçim və final mərhələsindən ibarət idi. Mərhələdə 250 manat qazanan 3 qalib finalda 1 000, 500 və 250 manat uğrunda yarışmalı oldular. Ən çox bəyənilən video resept müsabiqə qalibi elan olundu.
 
                                                                                                                                                       
 
Müsabiqə çərçivəsində Mətbəx.TV saytına toplam 286 video resept yüklənildi. Həmin dövr ərzində sayta 41 minə yaxın insan daxil olub, bir sessiyanın ortalama uzunluğu 4 dəqiqə təşkil edib. Reklam kampaniyası ilə ümumilikdə 400 minə yaxın qadın əhatə olunub.
 

Baxılıb: 3161

Şərhlər