Sosial şəbəkələrdə yayımla

Xoruz ilinə xoruzquyruğu çay ilə

“Havas” reklam agentliyi “Champion” çay brendinin Yeni İl reklam kampaniyası üçün maraqlı konsepsiya hazırlayıb. Uzun illərdir yerli çay bazarında öz mövqeyini qoruyan “Champion” çayı üçün düşünülən kampaniya “Xoruz ilinə xoruzquyruğu çay ilə” adlanır və 2017-ci ilin xoruz ili olması ilə məşhur “xoruzquyruğu çay” ifadəsi arasında bağlılıq yaradır. Çaysevərlərin içdikləri çaydan gözlədikləri xüsusiyyət olan və birbaşa çayın keyfiyyətinə dəlalət edən “xoruzquyruğu çay” ifadəsinin bu şəkildə istifadə edilməsi ilə effektiv reklam kampaniyasına start verilib. Kampaniya çərçivəsində Yeni İl təbriki reklam çarxı, bilbord və digər reklam materialları hazırlanmışdır.
Qeyd edək ki, beynəlxalq agentlik olan “Havas Group” Azərbaycanda iki nümayəndəliklə təmsil olunur. “Havas Media Azərbaycan” strateji və taktiki media planlaşdırma, media satınlama, yerləşdirmə və nəzarət, qeyri-standart media layihələrinin həyata keçirilməsi üzrə tam çeşiddə xidmətlər təqdim edən, eləcə də bazarın tədqiq edilməsi ilə məşğul olan media agentliyidir. “Havas” isə Kreativ Biznes İdeyalar hesabına brendin istehlakçılarla uzunmüddətli, həqiqi bağlılıq və münasibətlər yaratması, biznesin böyük fayda gətirə bilməsi üçün fədakarlıq göstərən ixtisaslaşmış peşəkar heyətə malik kreativ agentlikdir.
 

Kreativ direktor: Anar Mirzəzadə
Qrafiki tərtibat: Cavid Məmmədov
Kopirayter: Əliağa Şərəfxanlı
Kompüter qrafikası: Riad Qasımov
Müştəri ilə iş üzrə menecer: Türkan Əliyeva

Baxılıb: 4775

Şərhlər