Sosial şəbəkələrdə yayımla

Yahoo-nun vəziyyəti yaxşı deyil?!

Bu ilin sonuna kimi maliyyə göstəriciləri yaxşı olmadığı təqdirdə Yahoo! avropadakı layihələrinin bəzilərini bağlayacağını bildirib. 
Yahoo!-nun icraçı direktoru Cerri Yang bu cür qərarları reform adlandırır və şirkətin yeni strategiyasının bir hisssəsi hesab edir.  
Yahoo! Avropa bölməsinin rəhbəri Toby Coppel də, bu dəyişikliklərin tərəfdarıdır, belə ki, onun fikrinə əsasən bu cür hallar şirkətin fəaliyyətini daha gəlirli istiqamətlərə yönləndirmək üçün rahatlıq yaradır.  
Bundan başqa Yahoo! şirkətinə məxsus olan və Avropada ən böyük online alqı-satqı resursu Kelkoo da yeni reformların qurbanı ola bilər.
Artıq Yahoo! özünə məxsus Yahoo! Podcasts məhsulunu satmışdır.

<NOINDEX>

Baxılıb: 4007

Şərhlər