Sosial şəbəkələrdə yayımla

Yay Məclisi - 2009

26 iyul 2009 tarixində məclis-i Mak.az-ın növbəti toplantısı keçirildi. Bu dəfəki toplantıda əsasən "Yay aylarında bir çox şirkətlərdə satışların aşağı düşməsinin qarşısını almaq üçün istifadə etdikləri taktiki kampanyalar", "Barcamp" tipli icma layihələrin marketerlər üçün yaratdığı imkanlar və s. mövzular müzakirə olundı. Toplantıda Azercell, P&G, Coca Cola, Embawood, Unibank, Bank of Azerbaijan, New Media, People Brand, Sahil IT, Sevimli Jurnalı, Avtomobil.az, Saba Cars, İdeal Parfümeriya, Office Line, Çudo Peçka, Xana.az, BM Technologies və digər şirkətlərin nümayəndələri iştirak etdilər. Toplantı iştirakçılarına Rüfət Abbasovun "?" kitabı hədiyyə olundu. Məclis üçün xüsusi hazırlanmış torta görə "Çudo Peçka" şirkətinə təşəkkür edirik. Toplantının keçirilməsində göstərdiyi dəstəyə görə "İSR Plaza" və Keyterinq xidmətinə görə "Azza" şirkətinin rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk.

Toplantıdan Görüntülər.    

 


 

Baxılıb: 4107