Yaz Yağışı
4 may 2008 tarixində çoxdan gözlənilən mak.az məclisi yenidən toplandı. Bu dəfəki, məclisimiz "yaz yağışı" başlığı altında toplanmışdı və
İlk görüşdən fərqli olaraq bu dəfəki, məclisimizdə mövzu sayı çox az oldu. Lakin buna baxmayaraq daha ətraflı müzakirələrin şahidi olduq.
əsasən PR, Daxili PR, İşçilərin Motivasiyası və Marketinq bacarıqlarının inkişaf etdirilməsində təcrübə və nəzəriyyənin əhəmiyyətinin müzakirə olunduğu toplantıda çox qızğın müzakirələr aparıldı.
Azərbaycan reallıqları şəraitində hansı formada marketinq fəaliyyətinin təşkil oluna biləcəyi, ölkədə baş verən istehlakçı davranışlarının dəyişiklik meylləri və iştirakçıların təmsil etdikləri şirkətlərin timsalında nümunələrlə bol olan çıxışların sonunda mak.az forumunda çox fəal olan bəzi istifadəçilərin mükafatlandırılması mərasimi keçirildı. Fəallara D.Oqilvynin məhşur əsərlərindən olan "Oqilvi Reklam haqqında" kitabı hədiyyə olundu. Bundan başqa bütün məclis iştirakçılarına Mak loqosu olan fincanlar hədiyyə olundu.
Bütün məclis iştirakçılarına dərin təşəkkürümüzü bildirir və yeni layihələrimizdə də iştirak edəcəyinizi ümid edirik.
Dərin hörmət və ehtiramla,
Mak.az
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Baxılıb: 9277