Sosial şəbəkələrdə yayımla

Yeni “Android”, “Nutella” adlandırılacaq

“Google” şirkəti özünün yeni mobil əməliyyat sistemi – “Android N”in test versiyasını təqdim edib. Hələlik əməliyyat sisteminə giriş yalnız proqramın tərtibatçıları üçün açıqdır. Bu barədə bloq vasitəsilə məlumat verilib. 
"Android N" əməliyyat sistemi hər kəs üçün gözlənilməz olub. Belə ki, “Google” yeni əməliyyat sistemini iki ay sonra təqdim edəcəkdi. Qeyri-rəsmi məlumata görə əməliyyat sisteminin final versiyası "Android Nutella" adı altında təqdim ediləcək. Yeni əməliyyat sistemində istifadəçilər üçün bir sıra dəyişikliklər və yeniliklər də olacaq.
 

Baxılıb: 3024

Şərhlər