Sosial şəbəkələrdə yayımla

Yeni BMW 1-Series Coupe tii

Tokio avtoşousunda BMW konserni 1-ci seriya kupesinin bazasında hazırlanmış 1-Series Coupe tii idman kupesinin konseptini nümayiş etdirdi. Yeni avtomobilin kuzovunun rəngi onun sələfi olan, M seriyasının əsasını qoymuş BMW 2002 tii modelinin (70-ci illər) kuzovunun rəngi ilə eynidir. Avtomobilin dizaynında aerodinamik asqı, yeni ön bamper və baqaj yerinin damında spoyler diqqəti cəlb edir. Salon da idman üslubunda hazırlanıb. 1-Series Coupe tii kupesi yüngül materiallardan hazırlanıb.
Konsernin nümayəndələri yeni modelin kapotunun altında hansı mühərrikin olduğunu hələlik açıqlamırlar.

Baxılıb: 4094

Şərhlər