Sosial şəbəkələrdə yayımla

Yeni in-taxi reklam imkanı

Bir çox xarici ölkələrdə, xüsusilədə inkişaf etmiş ölkələrdə yeni reklam məcraları bir çox Marketoloqlar tərəfindən diqqətlə izlənir və maraqla qarşılanır. Azərbaycan bazarında da yaradıcı, qeyri-standart reklam məcraları yerli və qlobal brendlərin diqqət mərkəzində olur.
 
 
Belə yaradıcı reklam yerləşdirmə imkanlarından biri kimi 189 taxilərin içərisində yerləşdirilmiş mini bilbordlardır. Bir sıra xüsusiyyətlərinə görə bu reklam yerləşdirmə imkanı cəlbedicidir:
1. Potensial müştəri ilə birbaşa ünsiyyət vasitəsidir - Belə ki, sərnişin taksiyə oturduğu təqdirdə reklamı dərhal görmüş olur.
2. Reklam materialları və məlumatlarla daha geniş tanış olma imkanıdır - Hər bir sərnişin taksidə orta hesabla 15 dəqiqə zaman keçirir. Bu zaman ərzində o Sizin məhsulun xüsusiyyətləri, üstünlükləri barədə daha geniş şəkildə əldə etmə imkanı yaranır. 
3. Potensial müştərinin dərhal addım atması məqsədilə kampaniya kommunikasiyaları üçün ideal vasitədir - Potensial alıcı hərəkət edən mühitdə - taksinin içərisində olduğu üçün “Mağazamıza bu taksi ilə indi gəlin əlavə 10% endirim qazanın”, “İndi zəng edin +1 məhsul hədiyyə qazanın” və s. kimi kampaniyalar çox yaxşı effekt verə bilər.
4. BTL imkanıdır - Statik reklam mini bilbordunun arxa hissəsi xüsusi ciblikdir ki, burada məhsul və xidmətlərini barədə reklam broşurlarınızın paylanması üçün yaxşı bir imkandır.
5. Beşinci və çox vacib məqamlardan biri isə qiyməti digər vasitələrdən çox daha ucuzdur. Belə ki, 1 ədəd mini bilbordun 1 avtomobildə yerləşdirilməsi qiyməti cəmi 30 azn təşkil edir.
Əlbəttə yaradıcı Marketoloqlar üçün bu reklam imkanı vasitəsilə hər hansı qeyri-adi kampaniyaların formalaşdırılması arialı genişdir. Biz isə Sizin bütün yaradıcı ideyalarınızı reallaşdırmağa hazırıq.
Texniki imkanları barəsində onu qeyd edə bilərik ki, bu mini bilbordların ölçüləri 337x205x25 mm təşkil edir. Statikdir. Həmçinin cibliyi də var ki, orada hər hansı məlumat braşurların və digər promo materialların yerləşdirilməsi mümkündür.
Bu reklam imkanı barəsində hər hansı suallarınız və ya sorğularınız olarsa Amedia - Layihə meneceri Sevinc xanımla (+994 55) 972 3043 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Baxılıb: 10609

Şərhlər