Sosial şəbəkələrdə yayımla

Yeni SimSim abonentlərinə Azercell-dən Yeni il sürprizi!

31 yanvar 2008-ci il tarixinə qədər SimSim tarif paketinə qoşulan yeni abonentləri müxtəlif rəngarəng sürprizlər gözləyir!
Belə ki, yeni abonentlər qoşulma zamanı “Yeni il” kampaniyası çərçivəsində təqdim edilən 3 hədiyyədən birini seçə bilərlər!
Hədiyyələr:

  • 1 il ərzində hər ay PULSUZ 300 kontur
  • 1-illik PULSUZ GizlətCELL xidməti
  • 6 ay ərzində GPRS xidmətindən 50% güzəştlə istifadə etmək imkanı.

Hədiyyəni necə əldə etmək olar

1 il ərzində hər ay PULSUZ 300 kontur qazanmaq üçün kontur, 1-illik PULSUZ GizlətCELL xidməti qazanmaq üçün gizletcell, 6 ay ərzində GPRS xidmətinə 50% güzəşt əldə etmək üçün gprs sözünü SMS vasitəsilə 1111 nömrəsinə göndərin.
1111 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 1 konturdur.

Kampaniyada iştirak şərtləri

Qeyd olunan müddət ərzində davam edəcək kampaniyaya yalnız yeni SimSim abonentləri qatıla bilərlər.

Kampaniya çərçivəsində hər ay təqdim olunan PULSUZ 300 kontur birinci ay istək SMS-i göndərildikdən sonra avtomatik balansa yüklənilir. Növbəti 11 ay pulsuz 300 kontur əldə etmək üçün abonent hər ay balansına ən azı bir danışıq kartı yükləməlidir. Əks halda, abonent kampaniyada iştirakını dayandırmış olur.

Abonent istənilən zaman kampaniyada iştirakını dayandıra bilər. Bunun üçün STOP sözü SMS-lə 1111 nömrəsinə göndərilməlidir. Kampaniyaya təkrar qoşulmaq mümkün deyil.

Kampaniya çərçivəsində təqdim olunan endirimli GPRS trafikdən imtina edildikdən sonra, GPRS xidmətindən istifadə haqqı abonentin tarif paketinin tariflərinə uyğun hesablanacaq.

Baxılıb: 5674

Şərhlər