Sosial şəbəkələrdə yayımla

Yeni Sony Ericsson K660i: tükənməz İnternet imkanları!

Sony Ericsson şirkətinin yeni K660i modeli İnternet istifadəçilərinə, xüsusən də gənc auditoriyaya ünvanlanıb. Model İnternetə sürətli qoşulmaya yol açan  işıqlandırılan düymələrlə, eləcə də istifadəçinin üstünlük verdiyi İnternet mənbələrinə  dair yarlıqların birbaşa desktopda yerləşdirilməsi imkanları ilə səciyyələnir. K660i telefonu ilə veb-şəbəkədə işləmək masaüstü kompüterdəki qədər asandır.
“Məqsədimiz İnternetlə işləməyi maksimum sadələşdirəcək “Veb nəsli”ndən olan telefon təqdim etməkdir”, deyən Sony Ericsson-un İnternet Marketinqi bölümünün rəhbəri Martin Vinkler bildirir: “Şəbəkədə işləmək üçün optimallaşdırılan K660i telefonu məqsədlərimizə çatmaq istiqamətində atdığımız daha bir addımdır. Bu model gördüyü işlərdə, həmçinin şəxsi həyatında internet resurslardan fəal istifadə edənlər, məsələn dostları ilə futbol yarışlarına getmək və ya konsertə əvvəlcədən bilet sifariş etmək istəyənlər üçün əsl tapıntı olacaq ”.
Mahiyyət etibarilə, kompüter siçanının funksiyasını yerini yetirən xüsusi naviqasiya qurğusu İnternet səhifələrlə işləməyi fərdi kompüterinizdə olduğu kimi asanlaşdırır. O, səhifənin aktiv bölümünü qeyd edir, mətnin ixrac edilməsi imkanlarını göstərir. Siz mətn və ya təsvirə daha əhatəli baxmaq istəsəniz səhifənin həmin hissəsini asanlıqla böyüdə bilərsiniz.
“Pan-and-zoom” funksiyası İnternet səhifələri açmaq üçün bilavasitə baş barmağınız altında yerləşən çoxsaylı klavişlərdən biridir. Bookmark funksiyasının köməyilə klavişə bircə toxunuşa ana səhifəyə və ya veb-ünvana giriş rejiminə qayıtmaq mümkündür. K660i-la sizə İnternet-resurslardan bu və ya digər informasiyanın ya da faylın yüklənməsini gözləmək lazım gəlməyəcək. 3G sürətindən 4 dəfə çox sürətə malik HSDPA texnologiyası sayəsində musiqi, video və ya poçtunuzu cəmi bir neçə saniyəyə  telefonunuza yükləyə bilərsiniz.
Bundan başqa, K660i ən əlamətdar məqamları əbədiləşdirən 2 meqapikselli rəqəmli kamera ilə təchiz olunub. İndi, İnternet, sözün əsl mənasında, əlinizin altında olduğu bir vaxtda klavişə bir neçə dəfə toxunmaq yetər ki, şəkli bloqa yükləyib dostlarınızla, ailənizlə paylaşasınız. Bu geniş imkanlar dəstini bir də telefonun dəbə uyğun görünüşü tamamlayır. Ağ və qara çalarlı rəng həlli ilə K660i həmişə qibtəedici nəzərləri özünə cəlb edəcək.

Baxılıb: 4426

Şərhlər