Sosial şəbəkələrdə yayımla

Yerli media nə düşünür?

Medianın nə düşündüyünü bilmirəm, amma mənim yerli mediamız haqda düşüncələrim heç də pozitiv ruhda deyil. Media deyəndə hələ ki qəzet, jurnal, “outdoor”, radio, internet və sairdən yox, kütləvi məlumat mənbəyi olan TV-dən danışıram. Çünki o birilərdən danışmağa heç dəyməz. TV-nin əhali arasında istifadəsinin 99.4% olduğunu nəzərə alsaq onun reklamda oynadığı rolu təsəvvür etmək və media plan üçün OTS və GRP hesablamaq çətin deyil. Amma məni narahat edən yerli kanalların vəziyyətidir və onların birbaşa reklam bazarına və onun da yerli marketinq kommunikasiyasına vurduğu zərərdir. Hamısı zəncirvari birləşib. Hələ digər tərəfdən sosial medianın da artıq TV-dən pay aldığını görəndə yerli kanallar haqda düşünmək belə qorxulu olur.

Başlayım zəncirin ən birinci halqasından. Yerli kanallara baxan yoxdur! Bu artıq hamıya məlumdur və artıq araşdırma zamanı bütün trendler də bu sahədə narahat olmaq üçün siqnal verir. Kimin nə vaxt oyanacağı isə məlum deyil. Biz media monitoring etmirik, lakin son 3 ildə ailələrdə olan kabel televiziyasının və sputnik antenlərinin artım səviyyəsi göstərir ki bir müddət sonra Türkiyə və ya Rusiya kanallarında reklam yerləşdirən və Azərbaycan bazarında da olan məhsullar özlərini ikinci xərcə salıb yerli kanallarda yerli dildə reklam yerləşdirməyəcəklər. Çünki onların hədəf kütləsi həmin kanallara həmin dildə baxırsa onda niyə əlavə pul xərcləyib heç kimin (yəni hədəf kütləsindən) baxmadığı yerli kanallarda reklam yerləşdirsinlər? Misal üçün, Danone-un Türkiyədəki “Rastishka” markası olan “Danino” reklamlarını hamı əzbər tanıyır. Həmin reklam yerli mediada yerləşdirilməyib, amma araşdırma boyük hissənin bu reklamı gördüyünü göstərir. Və ya digər məhsullar, OMO Azerbaycan bazarında demək olar ki yoxdur və heç bir komunikasiya da aparmır. Amma reklamlara gəldikdə yuyucu tozlar arasında OMO reklamlarının adı çəkilir. Onda Unileverin nəyinə lazımdır artıq xərc çəksin? İstədiyi vaxt distribusiyanı gücləndirər və satışı artar.

Daha sonrakı zəncir yerli reklam bazarının zəifləməsinə gətirəcək. Əgər yerli kanallarda yerli reklamlara ehtiyac olmasa və nəzərə alsaq ki, media "bayerlər"in böyük hissəsi P&G, Unilever, Colgate, Reckit&Benckiser, CocaCola və sair kimi dünya nəhəngləri təşkil edir onda bir neçə ildən sonra reklam bazarının nə halda olacağını təsəvvür etmək çətin deyil. Deyək ki, bu nəhənglər indi ən azından dublyaj edib hər hansı reklamı yerli kanallarda yerləşdirirlər və reklam şirkətləri də bu media plan və digər stratejik məsələlər hesabına yaşayırlar. Bəs sabah bu media plan da olmasa, və bir gün Colgate düşünsə ki, onsuz da mənim reklamlarımı Türkiyə və Rusiya kanallarında görürlər niyə yerli kanala pul xərcliyim və o da yerli TV-dən reklamını yığışdırsa onda kreativin və media "buying"in vəziyyəti necə olacaq? Onsuz da çox yaxşı vəziyyətdə olmayan kreativ hissə də yerli reklam verənlərin ümidinə qalacaq...

Daha sonrakı zəncir təsir edəcək yerli TV kanallarının tamamilə sıradan çıxmasına və ya sadəcə xəbər saatlarının olmasına. Artıq bu vəziyyət TV-çiləri narahat etməli olsa da niyə hələ də heç nə dəyişmir? Bizim TV kanallarında tamamilə seqmentləşmə yoxdur və ya başqa sözlə hansı proqramın kimin üçün hazırlandığı məlum deyil. Misal üçün Türk kanallarına baxanda hansısa seqmentleri tutmaq olur, hətta seriallar da müəyyən kütlə üçün hazırlanır. Düzdür, türk kanalları da seriallar hesabına ayaqda qalıb amma hər halda izləyici kütləsi toplayib reytinqlərini yüksəldə bilirlər. Bəzən düşünürəm ki yerli TV kanallari üçün Needscope adlanan ehtiyaclara ve psixotiplərə gorə seqmentasiya etmək çox kömək olardı. Hər bir seqmentin ehtiyacını ayrılıqda öyrənib onların nə vaxt və hansı saatlarda TV-yə baxdığına əsasən uyğun proqram və filmləri həmin saatlarda efirdə yerləşdirmək olar. Əslində TV üçün edilə biləcək araşdırmalar çoxdur, Nikelodon heç vaxt araşdırmasız xüsusilə də "konsept testing" etmədən heç bir verlişi efirə buraxmır. Yadıma 60-ci illərdə yaradılan Sezam Küçəsi (Sesame Street) düşdü. İlk dəfə olaraq proqram uşaqları məktəbə hazırlamaqçün maarifləndirici xarakterli hazırlanmışdır və o verlişi hazırlamaq üçün psixoloqlarla bərabər uşaqların TV-yə baxarkən daha çox nəyə, hansı məqamlara fikir verdikləri və onların diqqətini nə cəlb etdiyini öyrənmək üçün çox araşdırmalar aparılıb. Və bunun nəticəsi də olaraq hələ də bu verliş baxılır..

Uzun sözün qısası, bizim Media, TV və digərləri də daxil olmaqla papaqlarını qarşılarına qoyub düşünməlidirlər yoxsa bazar əldən gedir..

Baxılıb: 4079

Şərhlər(6)

Şərhlər (6)

maNIKA maNIKA
marketing = ancaq reklam anlayışını atlayıb keçəndə hər şey düzələcək. Hətta mən hardasa oxumuşdum ki, global PG məhz buna görə Web məkana keçmək üzərində işləyir. Alternativ variant Web məkandır.
Tarakama Tarakama
A-F-E-T, narkomanların efirə can atdığını mən də eşitmişəm. Böyük fəlakətlərə yol aça biləcək real təhlükədi.
Amma ən dəhşətlisi toksikomanların mediaya yiyələnməsidi! Bax, bu baş versə, onda vay bizim halımıza: pramoy ekrandan içəri aseton baxarı verəcəklər, olacağıq bihuş.
A-F-E-T A-F-E-T
mükəmməl yazılıb əla mövzudur!
mənim yaralı yerim artıq neçə illərdir bizim kanallara baxmıram çünki baxılmalı öyrənilməli heç bir maraqlı veriliş yoxdur... hansı kanala çevirirsən ancaq müğənnilər və müğənnilərin söz-söhbəti... axır vaxtlar falçılar da efirə çıxır... biabırçılıqdı bizim kanalllaR! efir kimlərin əlindədi.. birazdan narkomanlar da veriliş açacaqlar təzə ))))
M.R.researcher M.R.researcher
ATV neyin hesabina reytinq qazanir? Showlar hesabina. En maraqlisi da odur ki, butun FGD-lerde hami kanallarda show xeberlerin ve menasiz show proqramlarin olmasinnan naraziliq edir ki bu ne verlishlerdi hazirliyirlar. Amma reytinglere baxanda hemin proqramlar yuksekdi. Maraqli tezaddi, ATV sadece ozunu en baximli kanal kimi positioning etdi ve bunun da neticesinde hami ora qacir. Jalenin sponsorluq etdiyi standard menasiz verlishlerle pul qazanir. Goresen Jale ucun bu ne derecede effektlidi? :))
Emin Quluzadə Emin Quluzadə
Çünki, heç bir kanalın Marketinq mudiri yoxdur. Pul ver, verilişini yayımla. Bütün dünyada kanal verilişə görə production şirkətinə pul ödədiyi halda bizimkilər ondan pul alırlar.

Artıq günümzdə reklam kanalların əsas qazancı olduğu halda, bunlar hələ də efir vaxtı satırlar. Satmaq olar e hansısa 1 dəfə çıxana (promo lotoreyanın nəticəsi, prezentasiyanın yazısı və s.). Bunların arasında bir az kommersiya qanunlarına uyğun işləyən ATV-dir (nə qədər söyülsə də).

ATV nə edir? Reytinq üzərində daimi işlər görür. Nəticə - daha çox adam baxır, daha çox reklam cəlb edir, daha bahasına satır reklam vaxtını (hansı ki, məhduddur) və beləliklə daha çox pul qazanır.

Vaxt var idi ATV 80-85% endirim verirdi. İndi isə ən baha qiymət qoyub ən az endirim edir.
Ziya Ziya
Çox sadə çıxış yolu olacaq bu vəziyyətdən, sputnik və kabel yayımları blok ediləcək və bizim mediamız güclənəcək. )))